"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
İki lüğət çin dilindən rus dilinə tərcümə ediləcək
Dünyada ən qədim dillərdən biri olan çin dilində 1,4 milyard insan danışır. Heroqliflərin sayı və çətin tələffüz olunması səbəbindən bu dil dünyada ən çətin dil hesab olunur.
Çin dili 10-12 dialektdən ibarətdir, lakin bütün çinlilər öz aralarında "putunxua" dialektində və ya başqa cür desək, ÇXR-nın rəsmi dili olan mandarin dilində danışırlar. Çin dilini öyrənmək istəyənlər də məhz bu dili öyrənirlər.
Mövcud olan 100 min heroqlifdən əsasən 8-10 mini istifadə olunur. Bu qədər heroqlifi bilmək istənilən ədəbiyyatı oxumaq üçün kifayətdir. Məişətdə ünsiyyət üçün isə 500-1000 heroqliflə kifayətlənmək olar.
Çin inkişaf etdikcə, onun dünya iqtisadiyyatına təsiri güclənir və, nəticə etibarilə, dilə olan tələbat artır. Belə ki, Heyluntszyan uniersiteti və "Şanyu inşuquan" nəşriyyatının birgə əməkdaşlığı ilə "Sinxua heroqlifləri lüğəti"nin və "Müasir çin dilinin lüğəti"nin çin dilindən rus dilinə tərcümədə nəşri hazırlanır.
Qeyd edək ki, onların birgə işi nəticəsində 159000 məqalədən ibarət "Böyük çin-rus dili lüğəti", eləcə də "Yığcam böyük rus-çin dili lüğəti" artıq işıq üzü görmüşdür.